Fəhlə binadan yıxılaraq ölüb

5 Fevral 2013 09:24 (UTC+04:00)



Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, yanvarın 4-də saat 16:00 radələrində Xətai rayounu Telnov küçəsi 23, 47/48-ci məhəllədə "Şaiq" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən 1977-ci il təvəllüdlü Babayev Nizami Əlihüseyn oğlu yıxılaraq yerə düşüb. Babayev aldığı xəsarətdən hadisə yerindəcə ölüb.


Faktla bağlı AR Cinayət Məcəlləsinin 222.3-cü maddəsi(Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi başlanıb.

AzNews.az