Milli komandamızda yeni baş məşqçi

5 Fevral 2013 09:54 (UTC+04:00)



Yığmamızın baş məşqçi vəzifəsi Qonzalesə həvalə olunub.

Hazırda ölkəmizdə olan məşqçi artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Patrisia Qonzales UEFA-nın B, A və PRO məşqçi lisenziyasına malikdir. Madrid şəhərindəki Camilo Jose Cela Universitetini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. "Rayo Valekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışıb.


AzNews.az