Rövşən Lənkəranskiyə ölüm hökmü çıxarıldı

5 Fevral 2013 13:29 (UTC+04:00)


Rusiyada qətlə yetirilən kriminal avtoritet, "Ded Xasan" ləqəbli Aslan Usoyanın tərəfdarları bu ölüm işi ilə bağlı özlərinin apardıqları təhqiqata yekun vurublar. Usoyan tərəfdarları sonda bu qətlin günahkarı kimi digər "qanuni oğru" Rövşən Lənkəranskinin (Canıyev) üzərində dayanıblar. Modern.az saytı rus KİV-lərinə istinadən bildirir ki, qəbul olunmuş vahid qərara görə, Rövşən Lənkəranski "Ded Xasan"ın qətlinin günahkarı elan olunub. Bununla əlaqadar Rövşən Canıyevə və onun tərəfdarlarına ölüm hökmü çıxarılırb.

R.Lənkəranskiyə yaxın şəxslərin güllələnməsi artıq başlanıb. Moskvada R.Lənkaranskinin sağ əli Rufo Gəncinski kimi tanınan Rüfət Nəsibov artıq öldürülüb.

AzNews.az