Gürcüstanın baş nazirindən soydaşlarımıza jest

5 Fevral 2013 13:33 (UTC+04:00)




"Gürcüstanda yaşayan azərbaycanlıların problemləri çoxdur. Bu problemlər tədricən həll ediləcək. Ən başlıcası odur ki, etnik azərbaycanlılar maksimal olaraq gürcü ictimaiyyətinə inteqrasiya olunmalıdır".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqlara malikdir: "Azərbaycanlılar da yeri gəldikcə müxtəlif vəzifələrə təyin olunacaqlar. Biz Azərbaycanla strateji tərəfdaşıq. Azərbaycanlıların torpaq problemlərinə gəlincə, bu problemlər yavaş-yavaş tənzimlənəcək. Beş dəqiqəyə bu problemi həll etmək mümkün deyil".

AzNews.az