Azərbaycanlı məmurun qızının 400 min dollarlıq toyundan görüntülər - Video

18 Aprel 2017 11:51 (UTC+04:00)

Onların lüks toy mərasimləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bahalı həyat tərzi sürən gəncləri tənqid edənlər çoxluq təşkil edir.

BAKU.WS-in məlumatına görə, Aysel ilə Oktayın "Love Story" və toy fotolarını çəkmiş fotoqraf Həmidli Həmid "LuxLife" saytına açıqlamasında bildirib ki,cütlük haqqında yayılan xəbərlərin heç də hamısı həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Aysel ilə Oktay daim yardıma ehtiyacı olan insanlara əl uzatmaqları ilə seçilib.

Məmur qızı Aysellə Oktayın toy məclisi üçün 400 min dollar xərcləndiyi bildirilir.

Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtaların istifadə edildiyi video çəkiliş isə görənləri heyran edir.

AzNews.az