Abbas Bağırovun bəyənmədiyi mahnını müəllif özü ifa edəcək

5 Fevral 2013 15:55 (UTC+04:00)



Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, müğənni kimi fəaliyyət göstərməsinə səbəb haqsızlıqlarla üzləşməsi olub: "2004-2006-cı illərdə bəstələdiyim mahnıları müğənnilərin əksəriyyəti bəyənməsələr də, sonra başqa müğənnilər ifa etdilər və həmin mahnılar çox sevildi. Mənə qarşı qısqanclıqla yanaşırdılar. Zaman keçdikcə hər bir müğənnini ifşa edəcəyəm. Onlar sənətdən başqa, hər bir işlə məşğul olurlar".

Hacı Nazim onu da qeyd edib ki, bəstəkar, müğənni fəaliyyətindən başqa, prodüser və təşkilatçı kimi çalışıb. O, bir çox müğənnilərin tədbirlərinin təşkil etdiyini deyib.

Yaradıcılıq işindən danışan Hacı Nazim əməkdar artist Abbas Bağırovun bəyənmədiyi "Sonra" adlı mahnını yeni aranjemanda ifa etdiyini açıqlayıb: "Hazırda 3 mahnı üzərində çalışıram. Musiqisi Günel Rəcəbovaya aid olan və onun həyat yoldaşı, dostum Cavid Cavadoğlunun aranjeman müəllifi olduğu "Nə edim Allahım?" mahnısını ifa etmişəm. Mahnı mənə 5-6 il əvvəl hədiyyə olunub.

Sözləri və musiqisi özümə aid olan "Sonra" adlı mahnıdır. Mahnını bəstəkar Emin Kərimi aranjeman edir. Emin "Böyük səhnə" layihəsində münsif olduğu üçün başı ora qarışıb. Ona görə də aranjeman işləri gecikir. Bu mahnını vaxtiylə əməkdar artist Abbas Bağırova göstərmişdim, amma o, mahnını bəyənməmişdi. İnşallah, özüm oxuyub, isbat edəcəyəm ki, sevilən mahnıdır.

Növbəti mahnının sözləri Azər Şirinə, musiqisi özümə aiddir. Lirik jnarda olan mahnını özüm ifa etmişəm. Mahnının Rəşad Hüseynov aranjeman edib. Mahnının adını açıqlamıram. Çünki mahnı sevgidən bəhs etməsinə baxmayaraq, yeni sevgi mövzusuna toxunulub. Mahnıda sevgiyə fərqli yanaşılıb".

Fuad Mədətov
AzNews.az