Qızıl ucuzlaşdı - 3 dollar

20 Aprel 2017 09:40 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,46% - 7 114,36 bəndədək azalıb, Almaniya DAX-ı 0,13% - 12 016,45 bəndədək, Fransa CAC-40-ı isə 0,13% - 5 003,73 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,60 dollar azalaraq 1 280,80 dollara, gümüş isə 0,02 dollar azalaraq 18,15 dollara satılıb.