“Əsədin əlində bir neçə ton kimyəvi silah var”- İsrail

20 Aprel 2017 16:50 (UTC+04:00)

AzNews.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İsrail mətbuatı kimyəvi silahların miqdarının təxminən 3 ton olduğunu açıqlayıb.

İdlibdə təxminən 90 nəfərin həlak olmasına səbəb olan kimyəvi silahla hücumdan sonra Əsədin əlində hələ də kimyəvi silah qaldığını iddia edən daha bir ölkə Fransadır. Rəsmi Paris sübutların yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.