"Traktorsazi" derbini udub, çempionluğa yaxınlaşdı

20 Aprel 2017 20:35 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu doğma meydanda "İstiqlal"la qarşılaşıb. Derbi Cənubi Azərbaycan klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 87-ci dəqiqədə Məhəmməd İbrahimi vurub.

Bu qələbə ilə xalını 53-ə çatdıran "Traktorsazi" 3-cü yerdən 2-ci pilləyə yüksəlib. İstiqlal" isə 51 xalla 3-cüdür.