Bu ölkədə prezident seçməyə namizəd yoxdu - Səbəb

20 Aprel 2017 21:01 (UTC+04:00)

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, heç kəsin namizəd olmadığı seçkinin birinci turu parlamentdə keçirilib. Lakin məclisin fəaliyyətini boykot edən müxalif deputatlar iclasa qatılmayıb. Bu səbəblə də ilk tur namizədsiz yekunlaşıb.

Ölkə konstitusiyasına görə, namizəd olmadığı zaman parlamentin müəyyən etdiyi 5 turluq seçki təqvimi işə düşəcək. Əgər sonuncu turda da namizəd olmasa, yeni seçkilər sentyabr ayında keçiriləcək. Qeyd edək ki, Albaniya hökuməti, 18 iyunda keçiriləcək parlament seçkilərindən öncə məclisin buraxılacağını nəzərə alaraq prezident seçkisini təxirə salmışdı. Hazırkı dövlət başçısı Buyar Nişaninin vəzifə müddəti iyul ayında başa çatacaq.