Vergi ödəməyənlər üçün qeyri-adi həbsxana - Gəmi (Foto)

20 Aprel 2017 21:33 (UTC+04:00)

AzNews.az Daily Mail-ə istinadən xəbər verir ki, memarlar bu həbsxananı "Panama arxivi" qalmaqalına qarışmış minlərlə cinayətkar üçün nəzərdə tutub. Hər "yelkən"in uzunluğu 350 metr və hündürlüyü 100 metr olacaq. Gəminin bir tərəfinə qadınlar, digər tərəfinə kişilər yerləşdiriləcək.

Həmçinin, gəmidə emalatxana, inzibati mərkəzi, idman otaqları və yemək otağı olacaq. Üst göyərtədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ləklər də əkilə bilər.

Qeyd edək ki, 2015-ci ildə Mossack Fonseca Panama hüquq şirkətinin ofşor sənədlərinin yayıldıqdan sonra 3300 nəfərin törətdikləri cinayətlər aşkara çıxıb.