"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk nə qədər qazanır?

20 Aprel 2017 21:49 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının (LFF) baş katibi Yanis Majetskis açıqlama verib.

O bildirib ki, ukraynalı mütəxəssisə Latviya yığmasında baş məşqçi postunu təklif etdikləri vaxt onun əmək haqqı ilə də maraqlanıb: "Qriqorçukla əmək haqqı barədə söhbətimiz olmadı. Amma qeyri-rəsmi danışıqlardan eşitdim ki, o, ildə təxminən bir milyon dollar qazanır".

Baş katibin sözlərinə görə, yığmanın yeni baş məşqçisinin əmək haqqı Qriqorçukun qazancından 10 dəfə azdır: "LFF baş məşqçiyə 1 milyon dollar ödəməyi özünə rəva görməz. Aleksandr Starkova 10 dəfə az məbləğdə maaş veririk".

Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"də 2015-ci ilin yanvarından çalışır. Onunla hazırkı anlaşma yayda başa çatacaq.