Cüdoçularımız Avropa çempionatında medal qazandı

20 Aprel 2017 22:36 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının dörd üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb. Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, aprelin 21-də daha üç cüdoçumuz - Rüstəm