Əhmədinejad İranda prezident seçkilərinə buraxılmadı

20 Aprel 2017 23:28 (UTC+04:00)

AzNews.az Associated Press-ə istinadən xəbər verir ki, seçkilərin keçirilməsi üzrə qərargahın nümayəndələri bildirdilər ki, namizədliklərin son siyahısı təsdiq edilib və Daxili İşlər Nazirliyində göndərilib.

İranın daxili işlər naziri namizədlərin adını aprelin 22-də açıqlayacaq.

Daha əvvəl, Əhmədinejad İranın ali dini lideri Əli Xamneyinin qadağasına baxmayaraq, namizədliyini verəcəyini bildirmişdi.