Kirayədə qalanların nəzərinə - Qiymətlər dəyişdi

21 Aprel 2017 09:39 (UTC+04:00)

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, ilin əvvəli ilə müqayisədə qiymətlərdə dollarla ifadədə 9.4, manatla ifadədə isə 13.4 azalma var. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə dollarla ifadədə 0.58, manatla ifadədə isə 12.91 faiz artım var.

Ekspert əlavə edib ki, tədris ilinin sona çatması ilə əlaqədar may-iyul aylarında adətən kirayə mənzil bazarında qiymətlər təqribən 6-7 faiz aşağı düşür, amma avqustun 20-dən sonra, sentyabr ayında 13-15 faiz artır. N.İbrahimov vurğulayıb ki, ən çox tələb 2 otaqlı mənzillərədir.

N.İbrahimov əlavə edib ki, son iki il ərzində rəhbərlik etdiyi qurum tərəfindən Bakının kirayə mənzil bazarında qeydə alınan ən bahalı aylıq kirayə haqqı 5 min manat olub.

AzNews.az