“VAZ”la “Volkswagen” toqquşdu

21 Aprel 2017 11:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci km-də “VAZ” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılan vəziyyətdə qalan sürücünü çıxararaq və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 9:15-də başa çatıb.