Arif Quliyevin səhhəti canlı yayımda pisləşib

5 Fevral 2013 17:57 (UTC+04:00)
Azərbaycanın xalq artisti Arif Quliyevin canlı yayımda vəziyyəti qəflətən pisləşib. APA-nın məlumatına görə, "Azad Azərbaycan" (ATV) telekanalında yayımlanan verilişdə qonaq olan aktyorun oturduğu yerdə ürəyi gedib. Aktyor dərhal səhnə arxasına keçirilib və ona ilkin tibbi yardım göstərilir. Teleşirkətə təcili tibbi yardım çağırılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında aktyor yüksək təzyiqlə bağlı bir müddət xəstəxanada müalicə olunub.

AzNews.az