51 yaşlı kişi özünü bıçaqla öldürdü

21 Aprel 2017 11:15 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonu, Pirəmsən kənd sakini, 1961-ci il təvəllüdlü Davudov Müsənnif Ağa oğlu yaşadığı evin həyətində özünə bıçaqla xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az