“Borussiya” klubunun avtobusunu partladan şəxs pul qazanmaq istəyirmiş- 4 milyon avro (Təfərrüat)

21 Aprel 2017 11:26 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində terrorçunun hadisəni törətməsinin əsas səbəbi tamahkarlıq olduğu müəyyən edilib. Belə ki, terrorçu hadisəni törətməzdən əvvəl klubun 15 min aksiyasını alıb. Bunun üçün 78 min avro xərcləyib. Baş verəcək hadisə nəticəsində səhmlərin aşağı enməsi bu şəxsə 4 milyon avro qazandıracaqmış.

İstintaq nəticəsində məlum olub ki, şübhəli şəxs futbolçuların qaldığı oteldə özünə iki müxtəlif tarix üçün otaq bron etdirib. Çünki həmin vaxt “Borussiya” futbol klubunun ev oyunu keçirib-keçirməyəcəyi məlum deyildi.

O, avtobusun keçəcəyi yolda üç ədəd partlayıcı qurğu yerləşdirib. Amma hələ ki, bu qurğuların tərkibi müəyyən edilməyib.

11 aprel tarixində Dortmund şəhərində çempionlar liqasının ¼ final mərhələsində “Monako” komandası ilə qarşılaşmağa hazırlaşan “Dortmund” futbol klubunun avtobusu yaxınlığında 3 bomba partladılıb. Nəticədə klubun müdafiəçisi Mark Bartra yaralanıb.

Hadisəyə görə 1 nəfər İraq vətəndaşı həbs olunub. Onun İŞİD terror qruplaşmasının üzvü olduğu bildirilir.

Ən son məlumatlara görə, həmin şəxsin partlayışla heç bir əlaqəsi yoxdur.