Ədliyyə Nazirliyində kadr dəyişikliyi - Rəis təyin olundu

21 Aprel 2017 13:29 (UTC+04:00)

APA-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.

O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.

8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.