Ər arvadını bıçaqladı

21 Aprel 2017 13:46 (UTC+04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonunun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Tünzalə Əhəd qızı ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qadın xəsarətlə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az