Məktəbli qıza qarşı soyğunçuluq - Bakıda

21 Aprel 2017 14:56 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 8 B ünvanının qarşısında qeydə alınıb.

Həmin ərazidə naməlum şəxs məktəb 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tədbiq etməklə məktəbli çantasını əlindən almağa cəhd edib.

Məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az