Ələkbər Əliyevin 60 illik yubileyi qeyd olunacaq

21 Aprel 2017 15:25 (UTC+04:00)

Bu barədə AzNews.az-a teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib. O, bu münasibətlə Ələkbər Əliyevin teatrın direktoru Əliqismət Lalayev tərəfindən mükafatlandırıldığını vurğulayıb:

"Özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan aktyorun 60 illik yubileyi bu gün – 21 apreldə keçiriləcək. Həmin günü tamaşaçılara Ələkbər Əliyevin baş rolun ifaçısı olduğu Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” tamaşası nümayiş olunacaq."

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.

Bahar RÜSTƏMLİ

AzNews.az