Kral ailəsinin üzvləri 1,5 il sonra girovluqdan azad olundular- Bir-neçə milyon dollar müqabilində

21 Aprel 2017 17:27 (UTC+04:00)

AzNews.az Associated Press agentliyinə istinadən xəbər verir ki, girovların azad olunması bir ərzində aparılan danışıqlar nəticəsində mümkün olub. Onların azad olunması üçün bir neçə milyon dollar məbləğində pul verilib.

Qətərin kral ailəsinin üzvləri 2015-ci ilin dekabr ayında İraqın cənubunda ov düşərgəsində naməlum şəxslər tərəfindən girov götürülüblər. Hadisəyə görə heç kim məsuliyyəti öz üzərinə götürməmişdi.