FİFA qaydalara dəyişiklik edəcək

5 Fevral 2013 22:00 (UTC+04:00)



FİFA futbolçunun topun çərçivədən və yaxud qapıçıdan dönərkən ofsaydda olmasını ləğv etmək niyyətindədir. Qərar qəbul edəcəyi təqdirdə artıq zərbə zamanı futbolçunun müdafiəçilərdən öndə olması oyundankənar vəziyyət sayılmayacaq.

Bundan əlavə, assambleyada qolun qeydə alınması üçün texnologiyalardan istifadə qaydaları da müzakirə ediləcək.