Görünüşü ilə şoka salan delikateslər - Foto

21 Aprel 2017 22:00 (UTC+04:00)

Lakin, indi təqdim edəcəyimiz təamlar heç də iştah artırmağa xidmət etmir.

Piur

Mərcanı xatırladan dəniz məhsuludur. Yalnız iç hissəsi yeyilir. Sanki, sabunlanmış meduza dadır. İçi yapışqan kütlə ilə dolu qırmızı rəngli daşa bənzəyir. Bəzi qurmanlar onu ilk dequstasiyadan sonra bəyəniblər, digərləri isə onun iyrənc olduğunu düşünür.

Nəhəng Sakit okean molyusku

Bu nəhəng molyusk yalnız duzlu suda yaşayır. Xarici görünüşü ilə qurmanları qorxutsa da, əslində çox ləziz dəniz məhsuludur.

Kulikuliayutsya

Bu təamın hazırlanması çox sadədir. Kulikuli adi turşuya qoyulmuş xiyarlar kimi hazırlanır. Sadəcə duz yerinə, şəkər və digər ədviyyatlardan istifadə olunur. Deyilənlərə görə, çox qeyri-adi dadı var.

Balmen omarı

Aavstraliya yarımnövü olan bu omarın çox zəhmli görünüşü var. Lakin, görünüşündən heç də qorxmaq lazım deyil. Qurmanlar onun çox dadlı dəniz məhsulu olduğunu bildirirlər.

Dekeneya

Bu meyvə xalq arasında "mərhumun barmaqları" adı ilə də məşhurdu. Son dövrlər Avropada bu ağac dekorativliyi ilə məşhurlaşıb. Meyvəsi şirəlidir, sululuğu ilə qarpıza da bənzəyir.

Budda əli

Cənub-şərqi Asiya bölgəsində yetişən bu meyvə görünüşü ilə hürkütsə də, lavanda ətirli şirin limon dadır.

Xuitakoçe

Bu tərəvəz Cənubi Amerikada çox geniş yayılıb. Yerli əhali onu “hisə batmış qarğıdalı” adlandırır. Əslində isə, bu bitki yox, göbələkdir. Xarici görüşünü heç də iştahaçıcı olmasa da, daha çox kesadili və şorbalara qatılır.

Lato və ya dəniz üzümü

Zahiri görünüşü qəribə təsir bağışlasa da, dəniz yosunu dadır və daha çox qəlyanaltı kimi təqdim edilir, salatlara qatılır.

Durian

Bu meyvədən elə güclü xarab olmuş soğan iyi gəlir ki, onu Sinqapurda ictimai nəqliyyatda daşımaq qadağan olunub. Lakin, qoxunun öhdəsindən gəlsəniz, o zaman sizi cənnət həzzi gözləyir. Bu meyvəyə yerli əhali “Cəhənnəm qoxulu cənnət meyvəsi” deyir.

Noni

Görünüşü ilə bərabər, qoxusu da iştahaçıcı deyil. Yerli əhali bu meyvəni “qusma meyvəsi” adlandırır. Lakin, dadı görünüşü kimi pis deyil. Qeyri-adi dadı var, kifli pendiri xatırladır.

"Şir yalı" göbələyi

Bu göbələk dəniz canlısı olan omar dadı verir. Hərçənd, bu tüklü göbələyi hazırlamaq elə də xoş deyil.

Dəniz ördəkləri

Bu buğumayaqlı xərçənglər, romantik adından başqa, dadına görə dəniz krevetlərini xatırladır. Lakin, görünüşünə görə bunun yeməli bir şey olduğuna inanmaq bir qədər vaxt aparacaq.

Balyut

Qaynadılmış ördək və da toyuq rüşeymi. Nuş olsun!

AzNews.az