“Eurovision” yarışmasında Azərbaycan qələbə qazana bilərmi?

21 Aprel 2017 20:45 (UTC+04:00)

AzNews.az Virtualaz.org -a istinadən xəbər verir ki, Azərbaycan nümayəndəsinə pul qoyuluşu edənlər 51:1 nisbətində qazanca ümid bağlaya bilərlər.

Qələbəyə əsas namizəd kimi İtaliya təmsilçisi Françesko Qabbani göstərilir. İtaliyalının qələbə şansı cəmi 2,1:1 əmsalı ilə ölçülür, bu isə onun şəksiz favorit olması deməkdir.

Bukmekerlərin siyahılarında sonrakı yerləri Bolqarıstan, İsveç, Portuqaliya və Belçika tutur. Azərbaycan 9-14-cü yerləri bölüşdürür.