Sərnişin pilotu döydü - “Çox yer tuturdu” (Video)

21 Aprel 2017 21:25 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, pilot Dallasdan uçan təyyarədə sərnişin kimi əyləşib. Uçuş zamanı pilotun yanında oturan sərnişin “həddən artıq çox yer tutur” deyə narazılığını bildirib.

Enişdən sonra aeroportdan çıxanda isə sərnişin pilota hücum edərək, zərbələr endirməyə başlayıb. Belindən və üzündən xəsarət alan pilot polisə şikayət etməyəcəyini bildirsə də, sabahsı gün bu fikrindən daşınıb. Sərnişin ifadə üçün polis idarəsinə çağırılıb.