4 yaşlı övladını evə görə satmağa çalışdı - 14 min dollara

21 Aprel 2017 23:11 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Daşkənddə ana 2013-cü ildə doğulan oğlunu 14 min dollar qarşılığında satmağa çalışıb. Qadın alıcı ilə görüşüb. Elə alıcı da hüquq-mühafizə orqanlarının əməkdaşı olduğundan işin üstü açılıb.

Qadın avans alan zaman tutulub. Hal-hazırda oğlan uşaq bərpa mərkəzindədir. İnsan alverində ittiham olunan qadınsa 12 illik həbsə məhkum ediləcək.