Qadın paltar asarkən yıxılaraq ölüb- Bakıda

22 Aprel 2017 09:48 (UTC+04:00)

AzNews.az "report"un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Mehdiyeva Tamaşa Fərman qızı yaşadığı binanın 7-ci mərtəbəsinin eyvanında paltar asarkən yıxılıb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.