Bakıda iki nəfəri güllələyən şəxslər saxlanılıb

22 Aprel 2017 11:10 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Soltan Turabov, Aqil Seyidəliyev və İbrahim Əsədzadə tutulublar.

İ.Əsədzadədən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 2 ədəd patron götürülüb.