Bakı sakinindən qumbara tapılıb

22 Aprel 2017 11:19 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aparılan profilaktik tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Şamil Hüseynov "İJ-12" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Bundan başqa, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Rzayevdən "RQD" markalı qumbara götürülüb.