Yük avtomobili yandı

22 Aprel 2017 15:16 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qusar rayonu, Suvacal kəndində vətəndaşa məxsus “UAZ” markalı yük avtomobilinin kabina hissəsi yanmışdır. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.