AzNews.az CNN Türk-ə istinadən xəbər verir ki, bu gün baş nazir binəli Yıldırım bir günlük postunu 5-ci sinif şagirdi Yağız Keçeyə etibar edib. Kiçik baş nazir onunla yaşıd olan nazirlərin suallarını cavablandırıb.
Kiçik nazirlər daha çox təhsillə bağlı baş nazirə suallar ünvanlayıb.
Konstitusiya dəyişikliyi ilə bağlı 8 il sonra nazir olmaq mümkündür sualına kiçik baş nazir bununla bağlı çox sevincli olduğunu bildirib.
Baş nazir Binəli Yıldırım uşaqların bu söhbətini bəyənərək, Türkiyənin gələcəyinin parlaq olacağını ifadə edib.