“Neftçi”ni texniki məğlubiyyət gözləyir - Səbəb

23 Aprel 2017 19:42 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, qonaqların baş məşqçisi Elxan Abdullayev oyunun gedişində əvəzetmə edərkən səhvə yol verib.

Belə ki, matçın 67-ci dəqiqədə Ruslan Abışovu Uqo Barqas əvəzləyib. Bundan sonra “Neftçi” meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb. Bununla da komanda çempionatın reqlamentini pozub. Bu əvəzedtmədən bir qədər sonra Elxan Abdullayev səhvini başa düşərək 7-ci legioneri meydandan çıxararaq yerli futbolçu ilə əvəzləyib.

Bu səhvə görə AFFA İntizam Komitəsinin “Neftçi”yə texniki məğlubiyyət verəcəyi gözlənilir.

Qeyd edək ki, Topaz Premyer Liqanın reqlamentinə görə, komandalar ən azı 5 yerli futbolçu ilə oynamaldır.