Şeydayev Slovakiya çempionu oldu

23 Aprel 2017 20:51 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, futbolçumuzun komandası bu gün 26-cı turda səfərdə ən yaxın izləyicisi “Slovan”a 1:0 hesabı ilə qalib gələrək növbəti çempionluğu rəsmiləşdirib. Bu matçda o, 90 dəqiqə meydanda olub, 65-ci dəqiqədə sarı vərəqə alıb.

Hazırda “Jilina” 61 xalla liderdir, “Slovan” isə 48 xalla ikincidir. Ramilin komandasının ehtiyatda 5, “Slovan”ın isə 4 oyunu qaldığını nəzərə alsaq, bundan sonrakı bütün matçların nəticəsindən asılı olmayaraq “Jilina” birinciliyi qoruyacaq.