Adil Əliyev müəllimlərə müraciət etdi - “İşlə təmin ediləcəklər”

24 Aprel 2017 12:12 (UTC+04:00)

O, işlə təmin olunmaq istəyən boks və kikboks müəllimlərini ona müraciət etməyə dəvət edib:

"Boks və kikboks üzrə məşqçilik təcrübəsi olan müəllimlər, məlum olduğu kimi artıq Azərbaycan Kikboksinq Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblilərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Bakı şəhərinin, eləcə də regionlarımızın orta ümumtəhsil məktəblərində kikboks məşqlərinə start vermişik. İşlə təmin olunmaq istəyən boks və kikboks müəllimləri mənə müraciət edə bilərlər.

Çalışacağıq ki, qısa müddət ərzində onların müraciətlərinə baxılsın və Federasiyamızın məşqçilik sertifikatını təqdim etməklə işlə təmin edilsinlər”, - deyə A.Əliyev müraciətində bildirib.

AzNews.az