Azərbaycanlılar arasında dava - Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı + Video

24 Aprel 2017 16:30 (UTC+04:00)

P.Məmmədov kababın yaxşı bişmədiyini və yandığını deyərək ofisiantla mübahisə edib. Restoranın məsul şəxlərindən biri, hələlik adı açıqlanmayan azərbaycanlı P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 5 bıçaq zərbəsi vurub.

Onu bıçaqlayan şəxs saxlanılıb.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.

***

15:33

Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.

"Report"un məlumatına görə, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə qospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.

AzNews.az