İcra başçısının müavini bayrağın cırılmasına görə işdən azad edildi

24 Aprel 2017 18:23 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, M.Həsənovun işdən çıxarılma səbəbi rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.

Qeyd edək ki, bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsi cırılmış halda görüntüləri yayılıb.