Fransada müsəlmanlar xanım namizədin prezident seçilməsinə qarşıdır

24 Aprel 2017 21:23 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, onların fikrincə Makronun prezident seçilməsi Fransada dini azlıqlar üçün faydalı olacaq. Çünki o, İslama və immiqrantlara qarşı daha liberal düşüncəlidir. Makron "açıq qapılar" siyasətini dəstəkləyir və universitetlərdə hicabın qadağan olunmasına qarşı çıxır.

Bu səbəbdən Parisin böyük məscidi və onun Milli federasiyası Fransadakı müsəlmanları prezident seçkilərinin ikinci turunda Marin Le Penə yox, Emmanuel Makrona səs verməyə çağırıb.