Başında 32 kərpic daşıdı - Video

24 Aprel 2017 23:12 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, tikintidə çalışan Hindistanlı fəhlə qeyri-adi bacarığı ilə təəccübləndirib.

O, başına üst-üstə 32 kərpic yığaraq, daşıya bilib. Daşların ağırlığına baxmayaraq, o, heç bir kərpici yerə salmır və rahatlıqla aparır.

Facebook-da paylaşılan bu video qısa müddətdə 12 milyon baxış sayı toplayıb.