Gündə 40 siqaret çəkən balaca uşaq onu tərgitdi - Fotolar

26 Aprel 2017 14:07 (UTC+04:00)

AzNews.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 9 yaşlı indoneziyalı uşaq siqaret çəkməkdən imtina edib və arıqlayıb. 2 yaşında siqaret aludəçisinə çevrilən Rizal gündə 40 siqaret çəkirdi. 5 il müalicə olunan uşaq bu vərdişindən imtina etməyi bacarıb. Lakin sürətlə çəki yığdığını görən Rizal düzgün qidalanmaq vərdişinə də yiyələndikdən sonra tamamilə çəkisini atıb.