Hamilə Beyonsedən xeyirxah addım - Foto

26 Aprel 2017 22:46 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təqaüd qızların təhsil haqqını qarşılayacaq. Pop-divaya çox böyük uğur gətirən Lemonade albomundakı treklərdən birinin şərəfinə adlandırılan bu təqaüd qeyri-standart təfəkkür, cəsarət, kreativlik və özünə əmin qızlara veriləcək.

Bu təqaüd yalnız 4 tələbəyə veriləcək. Həmin tələbələr Berklinin musiqi kolleci, Parsons dizayn məktəbi, Harvard universiteti və Spelman kollecində təhsil almalıdır.

Qeyd edək ki, təqaüd haqqında məlumat ulduzun şəxsi internet səhifəsində paylaşılıb.