Rusiya-Azərbaycan sərhədində yanğın - Foto + Video

27 Aprel 2017 11:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Samur meşəsində 2 hektara yaxın böyürtkən kolu və ağaclar yanıb. Ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumat əsasında hadisə yerinə xeyli yanğınsöndürən, helikopter, iki texnika və 40 canlı qüvvə cəlb olunub. Ətrafda olan yaşayış məskənlərinə yanğın keçməyib.

Samur meşəsində Rusiya Federasiyasının “Qırmızı Kitab”ına daxil olan ağaclar, bitkilər var.