Sevgilisini səyahətə aparmaq istəməyən kişi “terror təhlükəsi yaratdı”

27 Aprel 2017 11:49 (UTC+04:00)

AzNews.az “Metro” nəşrinə istinadən xəbər verir ki, Motaparti sevgilisinin Qoaya səyahətə getmək arzusuna “yox” deyə bilməyib. Səyahətin baş tutmaması üçün o, saxta e-mail ünvanı açaraq hava limanında bir neçə şübhəli kişinin ölkədə terror planlaşdırması ilə bağlı danışdıqları barədə yalan məlumat ötürüb. Motaparti məktubunda terorçuların Heydərabad, Mumbayi, Çennayi şəhərlərində təyyarələri qaçıracağını yazıb.

Bundan sonra hava limanlarında təhlükəsizlik tədbirləri artırılıb. Araşdırmalara başalayan hüquq-mühafizə orqanları məktubun göndərildiyi İP ünvanını müəyyən edərək Motapartini saxlayıb. Məlum olub ki, Motaparti bundan əvvəl də kibercinayətə görə həbs edilibmiş. Artıq evli olan bu şəxs öz sevgilisinə onunla evlənəcəyini də vəd edib.