YPX maşını qəza törətdi - Ölənlər var + Yenilənib

27 Aprel 2017 15:47 (UTC+04:00)

"Report"un Aran bürosunun məlumatıan görə, Yol Patrul Xidməti (YPX) maşını ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Yaralılar:
Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur.

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı ölən iki nəfərin adları hələlik məlum deyil.

***

13:47

Salyan rayonunda YPX maşını qəza törədib, iki nəfər ölüb və 3 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisndən keçən hissəsində baş verib.

Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

İlkin məlumatlara görə, 2 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az