KXCP funksioneri vəfat edib

6 Fevral 2013 13:08 (UTC+04:00)


Partiyadan Teleqraf.az-a verilən məlumata görə, KXCP Təşkilat Şöbəsinin müdiri Vüqar Məmməd oğlu Bayramlı qəfil dünyasını dəyişib.

Gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulmuş V.Bayramlı ötən illərdə KXCP-nin Yasamal rayon şöbəsinə rəhbərlik edib. 2012-ci ildə isə partiya rəhbərliyinin etimadını qazanaraq KXCP Təşkilat Şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. V.Bayramlının 40 yaşı var idi.

V.Bayramlı bu gün torpağa tapşırılacaq. Yas mərasim onun Xırdalan qəsəbəsində yaşadığı evdə təşkil olunacaq.

Alah rəhmət eləsin!