Bakıda 11 ev yandı

28 Aprel 2017 14:49 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 3000 m2 olan, bir-birinə bitişik tikilən on bir vətəndaşa məxsus doqquz evin yanar konstruksiyaları və ev əşyaları 357 m2 sahədə, digər iki vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı evin 1 otağı 20 m2 sahədə və ümumi sahəsi 35 m2olan 2 otaqlı evin mətbəxi 3 m2 sahədə yanıb. Yanğın zamanı bir nəfər yüngül yanıq xəsarəti alıb. Yanğın saat 10:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.