Rusiyanın BMT-dən təcrid edilməsi barədə bəyanatı Çin təkzib etdi

28 Aprel 2017 17:26 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin direktoru Huy Tsunyun bəyan edib:

“Bu Amerika tərəfinin mövqeyidir. Bizim münasibətlərimizin çox ciddi potensialı var. Bizim liderlərimiz artıq çoxdan danışıqlar aparıblar. Beynəlxalq vəziyyət hansı istiqamətdə dəyişsə də, bizim ikitərəfli əməkdaşlığımız heç vaxt dəyişməyəcək.”

Bir müddət əvvəl Ağ Evin mətbuat xidməti Donald Trampın ilk 100 gün ərzindəki ən böyük uğurunun Rusiyanın BMT-dən təcrid edilməsi olduğunu bəyan edib.