10 yaşlı azərbaycanlı erməni idmançını uddu - Tiflisdə

28 Aprel 2017 21:07 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Tbilisidə keçirilən Tayboksinq üzrə beynəlxalq yarışın qalibi, 10 yaşlı Dəniz Tural oğlu Quliyev söyləyib.

Qeyd edək ki, çempionatda Azərbaycan, Gürcüstan, İran, Türkiyə, İraq və Ermənistandan olan uşaq və yeniyetmə idmançılar mübarizə aparıblar. Marneuli rayonunun Yuxarı Saral kənd sakini, 10 yaşlı Dəniz Quliyev 23 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O yarımfinalda gürcü idmançıya qalib gəlib. Finalda isə özündən boyda xeyli hündür və 27 kiloqram çəki dərəcəsində olan Ovanes Arutunyan ilə qarşılaşıb. Gərgin keçən mübarizə nəticəsində Dəniz rəqibi üzərində parlaq qələbə qazanıb. Dəniz Quliyev çempionatın qızıl medalına sahib olub.

Yuxarı Saral kəndindən olan 3-cü sinif şagirdi Məmmədəli Quliyev də çempionatın qızıl medalını qazanıb.